İsa Qəmbərin evinə məhkəmə icraçıları gəldi
19 Fevral 2013 Çərşənbə Axşamı 12:08
Müsavat başqanının oğlunun cərimə borcu var.
Əvvəlcə 12 yanvar, daha sonra 26 yanvar aksiyalarında iştirak etdiyi üçün polis tərəfindən saxlanılan və məhkəməyə cəlb edilməklə külli miqdarda cərimələnən Turqut Qəmbərin (Müsavat başqanı İsa Qəmbərin oğlu) yaşadığı evə məhkəmə icraçıları ilə gəlib. Onlar T.Qəmbərin cəriməni ödəməsini tələb edirlər. O, məhkəmənin qərarını ədalətsiz saydığından prosesi hüquqi müstəvidə davam etdirmək istəyərək, cəriməni ödəməkdən imtina edib.

Musavat.com-un məlumatına görə, İsa Qəmbər məhkəmə icraçılarını kandarda qarşılayaraq bildirib ki, bu ev Turqut Qəmbərə yox, ona məxsusdur və oğlu ümumiyyətlə, bu evdə qeydiyyatda deyil. Məhkəmə icraçıları hələlik evə daxil olmayıblar.






DOSTLARINLA PAYLAŞ:

oyunlar