İsa Qəmbərin əmlakı qeydiyyata alınacaq
19 Fevral 2013 Çərşənbə Axşamı 12:17
Partiya rəhbərinin evində bu gün yoxlanış aparılacaq.
İsmayıllıya dəstək üçün Bakıda yanvarın 26-da keçirilən aksiya zamanı 2500 manat cərimələnən "Müsavat" başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər Nəsimi rayon icra nümayəndələrinin bir azdan evlərində əmlak qeydiyyatını aparacaqlarını deyib.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə Turqut Qəmbər Facebook hesabında yazıb: “Nəsimi rayon məhkəmə icra şöbəsindən zəng vurmuşdular. Bir azdan bizim evdə olacaqlar”
Qeyd edək ki, 12 yanvar “Əsgər ölümlərinə son!” etiraz aksiyasında saxlanılaraq Səbail rayon məhkəməsi tərəfindən 500 AZN cərimələnən AXCP Gənclər Komitəsi sədri Əbülfəz Qurbanlının evindən də dünən məhkəmə icraçıları xalçaları aparıblar. Həmçinin Nəsimi rayon icra nümayəndələri "Müsavat" Partiyası Gənclər təşkilatının sədri Tural Abbaslının evində olan bütün əşyaları qeydə alıblar.
DOSTLARINLA PAYLAŞ: