İsa Qəmbər və Əli Kərimli Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb
01 Aprel 2011 Cümə 22:34
Müxalifət partiyaların sədrləri İsa Qəmbər və Əli Kərimli qurumun rəisi Rafiq Abbasov və Bakı şəhər Prokuroru Əziz Seyidovla görüşüblər.
İctimai Palatanın sabaha təyin etdiyi icazəsiz aksiya ilə bağlı bu gün mitinq təşkilatçıları, o cümlədən Müsavat Partiyasının başqanı İsa Qəmbər və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Bakı şəhər Baş Polis İdarəsində qurumun rəisi Rafiq Abbasov və Bakı şəhər Prokuroru Əziz Seyidovla görüşüblər. APA-nın yaydığı məlumata görə, görüşdə dövlət nümayəndələri icazəsiz aksiyanın keçirilməsi ilə bağlı narahatlıq bildirərək mitinqin Bakı şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerlərdə keçirilməsini tövsiyyə ediblər.
Müxalifət nümayəndələri isə öz fikirlərində qaldığı bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: