İrəli ictimai birliyi ilə bağlı açıqlama
13 May 2014 Çərşənbə Axşamı 15:13
İrəli ictimai birliyinin İçərişəhərdəki ofisinin bağlanması barəsində kütləvi informasiya vasitələrində yayılan məlumatlara münasibət bildirilib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən “İrəli” ictimai birliyinin İçərişəhərdəki ofisinin bağlanması barəsində kütləvi informasiya vasitələrində yayılan məlumatlara münasibət bildirilib.

Qoruq İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə bildiriblər ki, “İrəli”nin adıçəkilən ərazidəki binasının köçürülməsi barəsində idarə tərəfindən heç bir göstəriş verilməyib:

"Bununla bağlı bizdə heç bir məlumat yoxdur. Onların hansı səbəbdən oradan köçdüklərini bilmirik".

Məsələ ilə əlaqədar olaraq millət vəkili Ceyhun Osmanlı ilə əlaqə saxlamağa çalışaq da zənglərimizə cavab verilməyib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar