İran vetendaşı Hesen Fereci azadlığa buraxılıb
30 Noyabr 2013 Şənbə 00:52
Bu barede İran sefirliyinin Bakıdakı baş konsulu Möhsin Molayi bildirib.
Bakıda hebsde olan İran vetendaşı Hesen Fereci bu gün seher azadlığa buraxılıb ve İrana gönderilib, lakin İrana keçmek isteyerken Bilesuvar ve Astara serhedlerinde problemle üzleşib. ANS PRESS-in “Trend”e istinaden verdiyi xebere göre, bu barede İran sefirliyinin Bakıdakı baş konsulu Möhsin Molayi bildirib.
M.Molayi bildirib ki, Bilesuvar serhed gömrük idaresinden ona ölkeden çıxmaq üçün Dövlet Miqrasiya Xidmetinden senedin olmamasını sebeb getirib senedi almaq üçün Lenkeran şeherine gönderibler. Daha sonra Dövlet Miqrasiya Xidmetinden senedi aldıqdan sonra İrana keçmek isteyerken Astara serhedinden ona bildiribler ki, Bakıya qayıtmalı ve özünü polis idaresine teqdim etmelidir.
Hazırda Fereci Bakıya qayıdır. M.Molayi bildirib ki, şenbe günü Ferecinin probleminin helli istiqametinde Azerbaycan terefi ile danışıqlar aparacaq ve tez bir zamanda meselenin helline çalışacaq. Baş konsulun sözlerine göre, Hesen Ferecinin günahsızlığı sübut edildiyinden, azadlığa buraxılıb.
Qeyd edek ki, Hesen Fereci oktyabrın 31-de İsrailin Azerbaycandakı sefirliyinin qarşısından keçerken şübheli şexs qisminde saxlanılıb.
DOSTLARINLA PAYLAŞ: