"İran hakimiyyəti öz mövqeyini dəqiqləşdirməlidir"
04 May 2011 Çərşənbə 14:47
"İşğalçı Ermənistanın yanındadırlar, yoxsa Azərbaycanın haqq işini dəstəkləyirlər?"
"Mətbuatda verilən məlumata görə, İranın müdafiə nazirinin müavini Rza Müzzəri Nia İrəvanda səfərdə olub və burada işğalçı Ermənistanın terrorçu müdafiə naziri Seyran Ohanyanla görüşüb, hərbi əməkdaşlığa dair müzakirə aparıblar. Biz bu məsələ ilə bağlı İranın Azərbaycandakı səfirliyinin dərhal açıqlama verməsini, məsələyə aydınlıq gətirməsini tələb edirik". Qarabağ Azadlıq Təşkilatının yaydığı bəyanatda belə deyilir.

QAT hesab edir ki. Azərbaycan cəmiyyəti İran-Ermənistan münasibətlərinə çox həsasslıqla yanaşır. İndi isə hərbi sahədə əməkdaşlıq məsələsinin ortaya çıxması Azərbaycan-İran münasibətlərinə ağır zərbə vura bilər.

"İşğalçı Ermənistanla hərbi əməkdaşlıq heç bir məntiqə sığmır və İran bu addımı atarsa, bu Azərbaycan cəmiyyətində təcavüzkar Ermənistanın dəstəklənməsi kimi qiymətləndiriləcək. Biz hesab edirik ki, İran hakimiyyəti öz mövqeyini dəqiqləşdirməlidir: İşğalçı Ermənistanın yanındadırlar, yoxsa Azərbaycanın haqq işini dəstəkləyirlər?", deyə bəyanatda vurğulanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar