İqtisadi İnkişaf Nazirliyinə 1500-ə yaxın müraciət daxil olub
23 Yanvar 2010 Şənbə 12:35
195-2 Telefon Məlumat Mərkəzi şikayətləri araşdırır
İqtisadi İnkişaf Nazirliyinin (İİN) səlahiyyətlərinə aid olan məsələlərlə bağlı vətəndaşların suallarının operativ və vaxtında cavablandırılması məqsədilə 2009-cu ilin 1 sentyabr tarixində nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi fəaliyyətə başlayıb.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ötən ilin 1 sentyabr tarixindən həmin ilin sonunadək Mərkəzə 1500-ə yaxın müraciət daxil olub. Bu müraciətlər əsasən, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən güzəştli kreditlər, sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, reklam fəaliyyəti, eləcə də İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid digər məsələlərlə bağlı olub.
Vətəndaşların sualları vaxtında cavablandırılır, şikayət xarakterli müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, Nazirliyin aidiyyəti strukturu tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə araşdırılmış və nəticəsi barədə şikayətçiyə məlumat verilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: