Ölkə

İqtisadi İnkişaf Nazirliyi Korporativ Etika Məcəlləsi hazırlayıb

Məcəllə İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az saytında yerləşdirilib

· Xəbərçi
İqtisadi İnkişaf Nazirliyi Korporativ Etika Məcəlləsi hazırlayıb
İqtisadi İnkişaf Nazirliyi tərəfindən sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirlərinin davamı olaraq nümunəvi Korporativ Etika Məcəlləsi hazırlanıb.Kommersiya təşkilatlarının korporativ idarə edilməsinin təkmilləşdirilməsinə yardımçı olmaq, təşkilatların fəaliyyətinin keyfiyyətcə yaxşılaşdırılmasına köməklik göstərmək məqsədilə yaradılmış Korporativ Etika Məcəlləsi İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az saytında yerləşdirilib.

Məcəllədə şirkətin uzunmüddətli və qısamüddətli məqsədi, vacib hesab etdiyi qlobal dəyərlər, tərəfdaşlarla münasibətlər, əməkdaşların şirkət daxilində davranış qaydaları və s. kimi məsələlər öz əksini tapıb.
Sənədin hazırlanmasında dünyanın qabaqcıl ölkələrinin nüfuzlu şirkətlərinin bu sahədəki təcrübəsi öyrənilib, məcəllənin tətbiqinin müəssisədə yaradacağı üstünlüklər araşdırılıb.

Şərhlər