İpəkçilik ensiklopediyası nəşr olunacaq
07 Mart 2014 Cümə 09:52
Zəkəriyyə Əlizadə ensiklopediya üçün nəzərdə tutulan materialların nəşrə hazırlıq vəziyyətindən danşıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzi elmi şurasının növbəti iclası keçirilib.

Akademiyadan bildiriblər ki, tədbirdə mərkəzin direktoru, geologiya-mineralogiya üzrə elmlər doktoru Zəkəriyyə Əlizadə gündəlikdə duran məsələlər barədə məlumat verib.

Z.Əlizadə elmi-tədqiqat müəssisəsində hazırlanmaqda olan “İpəkçilik ensiklopediyası” üçün nəzərdə tutulan materialların işlənilməsi və nəşrə hazırlıq vəziyyətindən söhbət açıb. O, “İpəkçilik lüğəti” kitabı kimi çapı düşünülən nəşrin AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə “İpəkçilik ensiklopediyası” şəklində hazırlanmasına qərar verildiyini bildirib.

Son vaxtlara qədər Azərbaycanın əsas ipəkçilik regionlarından olan Şəki-Zaqatala və Şamaxı ipəkçiliyinin bütün dünya miqyasında tanındığını söyləyən Z.Əlizadə ensiklopediyada bu istiqamətdə mühüm məlumatların toplandığını nəzərə çatdırıb.

İclasda çıxış edənlər ensiklopediya ilə bağlı fikirlərini bildiriblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar