İnzibati Xetalar Mecellesi deyişib
11 Fevral 2014 Çərşənbə Axşamı 00:37
İnzibati Xetalar Mecellesi deyişib. Prezident İlham Aliyev bu haqda serencam imzalayıb.
Prezident İlham Aliyev "Azerbaycan Respublikasının İnzibati Xetalar Mecellesinde deyişiklik edilmesi haqqında" 2013-cü il 27 dekabr tarixli qanunun tetbiqi barede serencam imzalayıb.

Deyişikliklere esasen, Mecelleye aşağıdakı mezmunda 65-2-ci madde elave edilir:

"Madde 65-2. Uşaqların icbari dispanserizasiyası haqqında qanunvericiliyin pozulması
65-2.1. Uşağın qanuni nümayendesi terefinden dispanserizasiya ile elaqedar tibb işçilerinin gösterişlerinin yerine yetirilmemesine ve ya hekimin çağırışı ile uşağın aidiyyeti tibb müessisesine getirilmemesine ve ya daimi yaşayış yerini deyişdirdikde, bir ay müddetinde erazi üzre tibb müessisesinde uçota alınmamasına göre - xeberdarlıq edilir ve ya iyirmi manat miqdarında cerime edilir.

65-2.2. Dispanserizasiya tedbirlerinin keçirilmesi ile elaqedar uşaqlara illik tibbi baxışların ve zeruri müayinelerin keçirilmemesine, uşaqların sağlamlıq veziyyetinin müeyyen edilmemesine ve qiymetlendirilmemesine ve ya her uşaqla bağlı aparılmış müayine ve müalice-sağlamlaşdırıcı tedbirlerin registrinin aparılmamasına, yaxud uşaqlar arasında xesteliklerin sebebleri aşkar edildikden sonra onların aradan qaldırılması üzre sosial, sanitariya-gigiyena, epidemiya eleyhine ve müalice-sağlamlaşdırıcı tedbirlerin heyata keçirilmemesine ve ya xeste ve xestelenme riski olan uşaqların tibbi-sosial müessiselerde yerleşdirilmemesine göre - fiziki şexsler iyirmi beş manat miqdarında, vezifeli şexsler elli manat miqdarında, hüquqi şexsler yüz manat miqdarında cerime edilir.".


DOSTLARINLA PAYLAŞ:

oyunlar