İntiqam Babayev: "Sosial ipotekaya ayrılmış vəsait artırıla bilər"
14 May 2011 Şənbə 15:39
Gənclər və idman nazirinin müavini İntiqam Babayev sosial ipotekanın verilmə qaydalarının sadələşdiriləcəyini bildirib.
2011-2015-ci illər Azərbaycan gəncliyi dövlət proqramına bir sıra yeni təkliflər irəli sürülüb. Təkliflər içərisində sosial ipotekanın verilmə qaydalarının daha da sadələşdirilməsi, sosial ipotekaya ayrılmış vəsaitin məbləğinin artırılması və sair daxildir. Gənclər və idman nazirinin müavini İntiqam Babayev sosial ipotekaya ayrılan vəsaitin məbləğinin artırılacağını istisna etməyib.
“Bilirsiniz ki, indi vəsait 35 min manata qədərdir. Bu vəsaitin qaldırılması məsələsi var. Müəyyən instansiyaların azalması və sadələşdirilməsi prosesi, eyni zamanda verilən illik faizin bir qədər aşağı salınması müzakirə edilir. Gəncləri maraqlandıran məqamlar da var. Bu da gənc ailələr kateqoriyasının genişləndirilməsi, yəni bu gün olan 5 kateqoriyanı daha da artırmaqdır. Bütün bunlar hazırlanan təklif paketində var. İnşaallah, bunlar hazırlanan son dövlət proqramında əksini tapacaq", deyə İ. Babayev qeyd edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: