Qadınları fahişəliyə cəlb etmə cinayətində təqsirləndirilərək axtarışa verilən Azərbaycan vətəndaşı yaxalanıb. Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Səbuhi Axundov Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosu və DİN-nin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Birləşmiş Ərəb Əmirliklərində tutularaq respublikamıza gətirilib.
Qeyd edək ki, o, Xətai rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243-cü (Fahişəliyə cəlb etmə) maddəsi ilə axtarışda olub. ANSPRESS
İnterpolun axtardığı azərbaycanlı Səbuhi Axundov BƏƏ-də yaxalanıb
Səbuhi Axundov tutularaq respublikamıza gətirilib




Şərhlər