İnternet jurnalistikasına dövlət dəstəyi göstəriləcək
04 İyul 2011 Bazar Ertəsi 14:53
İnternet jurnalistikasına dövlət dəstəyi göstəriləcək. Əflatun Amaşov: “Hazırda vahid bir sənəd üzərində işləyirik”.
Azərbaycanda internet jurnalistikasına dövlət dəstəyi göstəriləcək. Mətbuat Şurası artıq bu məqsədlə təkliflər hazırlayıb. Bunu Şuranın sədri Əflatun Amaşov Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində keçirilən “Yeni medianın transformasiyası: ənənəvi mediadan yeni mediaya keçid” mövzusunda konfransda bildirib.

“Dünyanın bir sıra ölkələrində, hətta Rusiyada internet jurnalistika dövlət tərəfindən dəstəklənir. Biz Mətbuat Şurasının sonuncu toplantısında bu məsələni müzakirə etdik və hazırda vahid bir sənəd üzərində işləyirik. Sənəd Azərbaycanda internet jurnalistikanın vəziyyəti və mövcud olan problemlər, bu problemlərdən çıxış yollarına aiddir. Bunda biz dövlətin də yardımını gözləyirik ki, sənəd hazır olandan sonra, geniş müzakirələrdən sonra biz o sənədi rəsmi qurumlara təqdim edəcəyik. Mən düşünürəm ki, internet jurnalistikanın inkişafı üçün dövlətin yardımı vacibdir”, - deyə Əflatun Amaşov bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar