İntellektual olmaq dəbdədir!
01 İyun 2010 Çərşənbə Axşamı 11:35
Milli Kulturoloji Mükafatın 2009-cu il üzrə qalibləri mükafatlandırılıb.
M.F.Axundov adına Milli Kitabxanada X Bakı Kitab Bayramı Milli Kulturoloji Layihənin əsas mərasimi – sərgi, ədəbi-mədəni ictimaiyyətin görüşü və mükafatlandırma mərasimi keçirilib. ANS PRESS-in məlumatına görə, X Bakı Kitab Bayramı Layihəsi çərçivəsində Milli Kulturoloji Mükafatın 2009-cu il üzrə müxtəlif nominasiyalarda qalibləri aşağıdakılardır:

1.Nominasiya: “2009-cu ilin Mədəniyyət dostu”.
Qalib: Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev.

2.Nominasiya: “2009-cu ilin Mədəniyyət dostu”.
Qalib: Azərbaycan Respublikası Gənclər və İdman naziri cənab Azad Rəhimov.

3.Nominasiya: “2009-cu ilin Uğurlu Nəşriyyat-Poliqrafiya Müəssisəsi”.
Qalib: “Təhsil Nəşriyyat-Poliqrafiya” Müəssisəsi, direktoru Bəhruz Axundov.

4.Nominasiya: “2009-cu ilin ədəbiyyat dostu olan deputatı”.
Qalib: Millət vəkili, yazıçı-publisist Qənirə Paşayeva.

5.Nominasiya: “2009-cu ilin Ədəbiyyatın dostu”.
Qalib:”Palmali” Şirkətlər Qrupunun prezidenti, iş adamı və xeyriyyəçi Mübariz Mənsimov.

6.Nominasiya: “2009-cu ilin dəyərli nəşriyyatı”.
Qalib: “Ərgünəş” nəşriyyatı, direktoru Oqtay Əliyev.


7.Nominasiya: “2009-cu ilin naşiri”.
Qalib: “QAPP-POLİQRAF” nəşriyyatının direktoru Qoşqar Qarayev.

8.Nominasiya: “2009-cu ilin sənət kitabı”.
Qalib: “Aspoliqraf” nəşriyyatı tərəfindən nəfis şəkildə buraxılmış “Sənətin Məcnunu” albom-tədqiqat əsəri.

9.Nominasiya: “2009-cu ilin romanı”.
Qalib: Yazıçı-publisist Paşa Qəlbinurun “Qara su” əsəri.

10.Nominasiya: “2009-cu ilin qadın yazarı”.
Qalib: Yazıçı-publisist Natəvan Dəmirçioğlunun “Yetim” bədii nəsr toplusu.

11.Nominasiya: “2009-cu ilin ədəbi-ilahiyyat kitabı”.
Qalib: Tanınmış teoloq, nüfuzlu düşüncə sahibi Osman Nuri Topbaşın “Sirr və Hikmət” əsəri.

12.Nominasiya: “2009-cu ilin musiqi kitabı”.
Qalib: Sənətşünaslıq doktoru, professor Tariyel Məmmədovun “Koroğlu: Aşıq havaları” antologiyası.

13.Nominasiya: “2009-cu ilin tərcümə kitabı”.
Qalib: Fyodor Mixayloviç Dostoyevskinin “Karamazov qardaşları” romanı. Telman Vəlixanlının tərcüməsində.

14.Nominasiya: “2009-cu ilin araşdırma-sənədli kitabı”.
Qalib: Yazıçı-publisist Sevda Əlibəylinin “İlk poliqrafçı alim” əsəri.

15.Nominasiya: “2009-cu ilin poeziya kitabı”.
Qalib: Şairə-publisist Simuzər Nüsrətbəylinin “Mənim göz yaşlarım çevrildi daşa” poetik toplusu.

16.Nominasiya: “2009-cu ilin roman-araşdırması”.
Qalib: Yazıçı-publisist Etibar Sturvinin “Qiyamçı, yaxud tənhalığın bir ili” bədii-sənədli əsəri.

17.Nominasiya: “2009-cu ilin elmi-publisistik kitabı”.
Qalib: Alim-publisist Rüstəm Rüstəmovun “İnsan qəlbinin anatomiyası” araşdırması.

18.Nominasiya: “2009-cu ilin Uşaq ədəbiyyatı kitabxanası layihəsi”.
Qalib: “Təhsil” nəşriyyatının balaca oxuculara ünvanlanmış silsilə kitab layihəsi.

19.Nominasiya: “2009-cu ilin milli-mənəvi dəyərlər mövzusunda kitabı”.
Qalib: Yazıçı-publisist Oqtay Əliyevin “Əbədiyyətə qovuşan Koroğlu” bədii-publisistik əsəri.

20.Nominasiya: “2009-cu ilin kitab və mətbuat yayımı firması”.
Qalib: “Qaya” Mətbuat Yayımı Firması. Direktoru Xanhüseyn Əliyev.

21.Nominasiya: “2009-cu ilin ictimai-siyasi şeirləri kitabı”.
Qalib: Şair-publisist, pedaqoq Mahmud Əhmədin “Zəfərlər yolu” poetik toplusu.

22.Nominasiya: “2009-cu ilin Qarabağ mövzusunda kitabı”.
Qalib: Şairə-publisist Zərəngiz Dəmirçinin “Cavab ver”, “Güllələnmişlər” və “20 Yanvar” poemaları, eləcə də silsilə şeirləri.

23.Nominasiya: “2009-cu ilin dərslik kitabı”.
Qalib: “Aspoliqraf” nəşriyyatının “Bapbalaca Əlifba” adlı nağıllı, şeirli, tapmacalı və şəkilli dərsliyi.

24.Nominasiya: “2009-cu ilin ədəbi televiziya verilişi”.
Qalib: “Azad Azərbaycan” Telekanalının “El içində” intellektual-kulturoloji televiziya layihəsi. Rəhbəri və aparıcısı Elçin Əlibəyli.

25.Nominasiya: “2009-cu ilin dərs vəsaiti kitabı”.
Qalib: Filoloq alim Şəmil Sadiqin “Ədəbiyyat” kitabı.

26.Nominasiya: “2009-cu ilin ədəbi uğuru”.
Qalib: “Düşmən əlimi sıxır, dost ürəyimi” və “Tenha kuğu” poetik topluların müəllifi şairə-publisist Şəfəq Sahibli.

27.Nominasiya: “2009-cu ilin yeni nəsil tərcüməçisi”.
Qalib: Tərcüməçi, yazıçı Nihalə (Abdulla).

28.Nominasiya: “2009-cu ilin yeni nəsil yazarı”.
Qalib: Yazıçı, şair-tərcüməçi Kənan Hacı.

29.Nominasiya: “2009-cu ilin gənc şairi”.
Qalib: Şair, ədəbi jurnalist Sevinc Mürvətqızı.

30.Nominasiya: “2009-cu ilin ədəbiyyat müəllimi”.
Qalib: Bakı şəhəri 20 saylı orta məktəbin müəllimi Nailə Salmanova.

31. Nominasiya: “2009-cu ilin Kitabxanası”.
Qalib: M.F.Axundov adına Milli Kitabxana, direktoru Kərim Tahirov.

32. Nominasiya: “2009-cu ilin ədəbi portalı”.
Qalib: www.kitabxana.net İnternet ünvanlı Milli Virtual Kitabxana, layihə rəhbəri Aydın Xan (Əbilov)

Qeyd edək ki, Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və Turizm Nazirliyinin maliyyə dəstəyi, eləcə də AR Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi İQƏAİM-nin təşkilati-texniki yardımıyla bu ilin mart-iyun aylarını əhatə edən X Bakı Kitab Bayramı – Azərbaycanda İllik Milli Kulturoloji Layihə həyata keçirilir. Kulturoloji layihə çərçivəsində sərgi, ilin mədəniyyət, ədəbiyyat və kitab hadisələrini əhatə edən Milli Kulturoloji Müsabiqə, ədəbi görüşlər, müzakirələr və b. tədbirlər təşkil olunur.

IX Bakı Kitab Bayramı Azərbaycan Xalq Cümhuriyyətinin 92, Xalq şairi Rəsul Rzanın 100 illiyi kimi əlamətdar hadisələrə həsr olunub. Builki tədbirlər silsiləsi “İntellektual olmaq dəbdədir!” devizi altında keçirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar