İmran Cəfərzadənin ailəsi 4 milyona yaxın təzminat istədi
17 May 2014 Şənbə 12:11
İstirahət mərkəzindəki hadisəyə görə keçirilən məhkəmə iyunun 3-dək təxirə salınıb.
Xaçmazda “Nabran Village Holiday” istirahət mərkəzində azyaşlı İmran Cəfərzadənin ayağını itirməsi ilə nəticələnən hadisəyə görə ötən gün məhkəmə prosesi keçirilib.

Xaçmaz rayon məhkəməsinin hakimi Anar İbrahimovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, məhkəmədə İmran Cəfərzadənin xəsarət almasında təqsirli bilinən istirahət mərkəzinin işçiləri Ramiz Əhmədov və Firdovsi İsmayılov dindirilib.

Daha sonra zərərçəkən İmran Cəfərzadənin nümayəndəsi onun atası İbrahim Cəfərov və qanuni nümayəndəsi, babası Cavanşir Baxşıyev mülki iddia qaldırıb. Onlar məhkəmədə hakimdən İmran Cəfərzadəyə və onun ailəsinə dəyən maddi-mənəvi zərərə görə, 3 milyon 500 min dəyərində təzminat ödənilməsi barədə qərar çıxarmağı xahiş edib.

Hakim isə məhkəməni iyunun 3-dək təxirə salıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar