İmişli sakinlərinə hökm oxundu
13 Yanvar 2010 Çərşənbə 18:15
Onlar həmrayonlularını qətlə yetirməkdə təqsirləndiriliblər
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə həmyerlisini qətlə yetirməkdə təqsirləndirilən İmişli rayon sakinləri Elvin Qaybalıyev və Sarvan Eymişovun cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.
Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə təqsirləndirilənlərin cinayətinin sübuta yetirildiyi qənaətinə gəlib.
Məhkəmənin hökmü ilə Elvin Qaybalıyev 4 il 2 ay, Sarvan Eymişov isə 14 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, həmin şəxslər 2009-cu ilin avqustun 7-də İmişli rayonunda yerləşən “Yaşıl” kafesində yeyib-içdikdən sonra rayon sakini Yaşar Cəfərovla mübahisə ediblər. Dostlar mübahisə zamanı Y.Cəfərovu bıçaqla vuraraq qətlə yetiriblər.
Qeyd edək ki, təqsirləndiirlənlər Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə ) və 221-ci (xuliqanlıq) maddələri ilə ittiham olunurdular. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: