"İmamzadə" kompleksi barədə monoqrafiya hazırlanır
10 Mart 2010 Çərşənbə 11:15
8-ci əsrin yadigarı olan "İmamzadə" kompleksi məhv olmaq təhlükəsindən xilas olacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gəncədəki “İmamzadə” tarixi-dini kompleksinin təmiri və bərpası ilə əlaqədar sərəncam imzalayıb. Sərəncam bütün şəhər sakinləri kimi elm adamlarını da sevindirib.
Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Elm Mərkəzində keçirilən yığıncaqda belə bir vacib addımın atılması ilə 8-ci əsrin yadigarı olan kompleksin məhv olmaq təhlükəsindən xilas olacağı razılıq hissi ilə qeyd edilib.
Elm mərkəzinin əməkdaşları bu nadir kompleksə dövlət başçısı tərəfindən göstərilən qayğıya cavab olaraq 400 səhifəlik elmi monoqrafiya hazırlayıb və çap üçün nəşriyyata təqdim ediblər. Yaxın günlərdə işıq üzü görəcək monoqrafiyada oxucular “İmamzadə” ziyarətgahı və onun ətrafında inşa edilmiş, sonralar təbii aşınmalar nəticəsində məhv olmuş tarixi tikililər haqqında daha ətraflı bilgilər əldə etmək imkanı qazanacaqlar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: