İmair aviaşirkəti bağlanır
19 Noyabr 2009 Cümə Axşamı 12:35
İmair şirkətinin bütün müntəzəm və mövsümi reysləri “Turan Air”ə keçəcək
Azərbaycan ilk özəl aviaşirkəti olan “İmair” öz fəaliyyətini dayandırır və bağlanır. Aviaşirkətin ləğv edilməsi barədə qərar onun təsisçisi – “Improtex Group” şirkətlər qrupu tərəfindən verilib. Bütün müntəzəm və mövsümi reyslər isə Azərbaycan şirkəti olan “Turan Air”ə keçəcək.
Qeyd edək ki, “İmair” aviaşirkəti 1994-cü ildə yaradılıb və “Improtex” şirkətlər qrupuna daxildir. Aviaşirkətin hava gəmiləri parkı iki özəl Tu-154M təyyarəsindən ibarətdir. Aviaşirkət Daşkənd, Almatı, Astana və Surquta müntəzəm sərnişin reysləri, yayda isə Bodruma (Türkiyə) müntəzəm çarter reysləri təşkil edir.
 
ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar