İlk qar problem gətirdi
26 Yanvar 2010 Çərşənbə Axşamı 11:45
Ötən gecədən başlayaraq nəqliyyatın hərəkətində problemlər yaranıb.
Ötən gecədən başlayaraq paytaxt Bakıya yağmağa başlayan ilk qar hələ də davam edir. Qar yağışı soyuq küləklə müşahidə edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometroloji Proqnozlar Bürosundan verilən məlumata görə, hazırda paytaxtda temperatur mənfi 2 dərəcədir.

Şaxtalı hava özü ilə birgə problemlərdə gətirib. Belə ki, ötən gecədən paytaxta və Abşeron yarmadasına daxil olan soyuq hava yolların buz bağlamasına səbəb olub. Nəticədə nəqliyyatın hərəkətində problemlər yaranıb. Artıq bəzi buz bağlamış yollara qum tökülməyə başlayıb.

Ümumiyyətlə isə soyuq hava şəraiti yanvarın 28-i səhər saatlarına kimi davam edəcək. Hidremeteoroloqlar bu gün də hava şəraitinin tutqun olacağını, fasilələrlə qar yağacağını qeyd ediblər. Çovğun olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək, 26-dan 27-nə keçən gecə yarımadanın bəzi yerlərində şiddətlənəcək. Havanın temperaturu gecə 3-5° şaxta, gündüz 0-2° şaxta olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar