İlk gübrə anbarı tikilir
10 Dekabr 2009 Cümə Axşamı 16:30
«Aqrolizinq» şirkəti tərəfindən inşa olunan ilk gübrə anbarı gələn ilin martında istifadəyə veriləcək.
Azərbaycanda ilk gübrə anbarı tikilir.
Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə inşa olunan 10 tonluq anbar 2010-cu ildə istifadəyə veriləcək.
Bu barədə məlumatı Şəmkir rayon İcra Hakimiyyətinin iqtisadi məsələlər üzrə müavini Sabir Quliyev verib. O bildirib ki, noyabr ayından Şəmkirin Dəllər qəsəbində bir hektar ərazidə inşa olunan gübrə anbarı Gəncə-Qazax iqtisadi zonasında kənd təsərrüfatındə məhsuldarlığın artırılması, torpaqların münbitləşməsinə əhəmiyyətli təsir göstərəcək.

Kənd Təsərrüfatı Nazirliyinin sifarişi əsasında «Aqrolizinq» şirkəti tərəfindən inşa olunan anbarın 2010-cu ilin mart ayında istifadəyə verilməsi nəzərdə tutulub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar