İlin sonuna qədər təhlükəsiz kameralarının sayı artırılacaq
15 İyul 2011 Cümə 21:35
Onların sayının 1200 olması planlaşdırılır.
“Baş vermiş hadisəni ərazidəki kamera saniyə-saniyə lentə alıb...”. Bu ifadəni xarici telekanallarda ya maraqlı bir hadisə olanda, ya da cinayət baş verəndə tez-tez eşitmək olur. Azərbaycanda isə təhlükəsizlik kameraları sistemi 2007-ci ildən dəbə düşüb.

Son bir ilə qədər Bakı küçələrindəki müşahidə kameralarına daha çox yol hərəkəti qaydaları pozuntularının qeydə alan cihaz kimi baxılsa da, indi onun əhəmiyəti daha da artıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, kameralar əsasən Bakıdakı binalarda və küçələrdə, insanların sıx olduğu ərazilərdə quraşdırılır. Məqsəd isə həmin ərazilərdə baş verə biləcək cinayət hadisələrinin istintaqı zamanı cinayətkarların tapılmasına yardım etməkdir.

Hazırda Bakının demək olar ki, böyük bir hissəsində müşadə kameraların olduğunu görürük. Həmin kameralara yeraltı keçidlərdə, böyük obyektlərin qarşısında, magistiral yollarda rast gəlmək mümkündür. Hazırda yay mövsümüdür. Milli Parkda insanların sayı olduqca sıxdır. Bu da təhlükəsizliyə ciddi nəzarəti tələb edir. Milli Park İdarəsinin rəsi müavini Nazim Məcidovun sözlərinə görə, narahatlığa əsas yoxdur. Bulvarda mühafizə xidmətindən əlavə parkda 5 müşahidə kamerası quraşdırılıb.

Qeyd edək ki, müşahidə kameraları tək yol hərəkəti qaydalarını, ictimai təhlükəsizliyi tənzimləmir. Eyni zamanda bir çox cinayətlərin açılmasında da xüsusi rol oynayır. Elə götürək bir neçə gün əvvəl “Azər-Ross” MTK-nın ofisinə edilən hücumu. Burada da hadisəni törədən şəxsiyyəti məhz müşahidə kameralarının vasitəsi ilə açıldı. Binə Ticarət Mərkəzində valyuta dəyişqmə məntəqsinə edilən basqında isə müşahidə kamerası dəqiq olmasa da yaddaşına köçürdüyü görüntülərə istitintaq qrupuna yardım edib.

Bakı şəhər Yol Polisi İdarəsinin ictimayyətlə əlaqələr şöbəsinin müdiri Vaqif Əsədovun sözlərinə görə, hazırda 389 yol ayrıcında 1108 kamera quraşdırılıb. “Kameraların üstün cəhətləri var. Hərdən yol polisi və sürücü arasında mübahisə düşür. Qeydə alınan yol qəzalarının açılmasında bu kameraların köməyindən istifadə etmək mümkündür”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin “Təmiz şəhər” layihəsinə görə bu ilin sonuna qədər Bakının müxtəlif yerlərində 1200 kameranın quraşdırılması planlaşdırılır. Bu layihənin həyata keçirilməsi üçün nazirlik 10 milyon manat ayırıb. Sistemin möhkəmlənməsi və təhlükəsizliyin tam təmin olunması üçünsə Prezidentin Ehtiyat Fondundan daha 6 milyon manat vəsait ayırlııb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar