İlham Əliyevin keramika tablosu hazırlanıb
07 Aprel 2011 Cümə Axşamı 00:17
Tablonu hazırlayan usta artıq bu əsəri Azərbaycan dövlət başçısına göndərdiyini deyib
Türkiyənin Sakarya vilayəti Karasu rayonunda “Seramiko” şirkətinin ustaları Azərbaycan Prezidenti İlham Əliyevin keramik tablo üzərində portretini hazırlayıb. Şirkətin sahibi İbrahim Bayraktar, görkəmli dövlət xadimi, Prezident İlham Əliyevin portretini nəfis şəkildə işləyərək Azərbaycana göndərdiklərini bildirib. Usta daha əvvəl başqa ölkə rəhbərlərinin şəkillərini hazırladığını, bu sayədə rayonlarının məşhur olduğunu deyib: “Böyük dövlət xadimlərinin portretlərinin hazırlanması sayəsində Karasu rayonunun keramika ustaları da dünyada tanınmağa başlayıb Bu şirkətdə əvvəllər ABŞ, Suriya, Bəhreyn və Misir prezidentlərinin də keramika üzərində portretləri hazırlanıb”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar