Azərbaycan prezidenti İlham Əliyev bütün Yunanıstan xalqını və dövlət başçısı Karolos Papulyası Müstəqillik günü münasibəti ilə təbrik edib.
Təbrik məktubunda deyilir:
"Hörmətli cənab prezident. Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan-Yunanıstan dövlətlərarası münasibətlərinin inkişafı, beynəlxalq qurumlar və layihələr çərçivəsində əməkdaşlığımızın dərinləşdirilməsi yolunda bundan sonra da səylərimizi davam etdirəcəyik.
Belə bir əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".
İlham Əliyev Yunanıstan prezidentini təbrik edib
Bu məqsədlə dövlət başçısı yunanıstanlı həmkarına məktub ünvanlayıb




Şərhlər