İlham Əliyev yeni fərman imzaladı
23 Oktyabr 2013 Çərşənbə 21:22
İlham Əliyev, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Azərbaycan Prezidenti, “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

ANS PRESS-in məlumatına görə, İlham Əliyev, 2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanı ilə təsdiq edilmiş əsasnamənin bəzi müddəalarının dəyişdirilməsinə qərar verib.

Fərmanda bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 670; 2007, № 3, maddə 233, № 5, maddə 455, № 8, maddə 768, № 11, maddələr 1094, 1105; 2008, № 5, maddə 373, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 83; 2012, № 5, maddə 420, № 9, maddə 857) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 10-cu bəndin birinci və ikinci cümlələrində “aparatı” sözündən sonra “, tabeliyində olan qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.)” sözləri əlavə edilsin.

2. 11-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Komitənin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və s.) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.”.

3. 14.2-ci yarımbənddə “təsdiq edir” sözlərindən sonra “, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini təsdiq edilmək üçün təqdim edir” sözləri əlavə olunsun.


İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 oktyabr 2013-cü il.


DOSTLARINLA PAYLAŞ:

oyunlar