İlham Əliyev və ailəsi Olimpiadada güləşi izləyib
06 Avqust 2012 Bazar Ertəsi 00:56
Azərbaycan prezidenti ilə birlikdə salonda xanımı Mehriban Əliyeva və digər ailə üzvləri olub.
Böyük Britaniyada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Yay Olimpiadası çərçivəsində keçirilən yunan-roma güləşini izləməyə gedib.

Azərbaycan Prezidenti 55 kq çəki dərəcəsində yarışan Rövşən Bayramovun görüşlərini izləyib. Güləşçimizi dəstəkləyən Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə salonda xanımı Mehriban Əliyeva, eləcə də digər ailə üzvləri olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar