Ölkə

İlham Əliyev Soçiyə işgüzar səfərə yola düşüb

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın Soçi şəhərinə işgüzar səfərə yola düşüb.

· Xəbərçi
İlham Əliyev Soçiyə işgüzar səfərə yola düşüb


APA-nın “AzərTAC”a istinadən yaydığı məlumata görə, dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazir Artur Rasizadə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.

Xatırladaq ki, səfər Rusiya prezidenti Dmitri Medvedyevin dəvəti il gerçəkləşir. Prezidentlərin görüşündə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli və Xəzərin hüquqi statusunun nizamlanması məsələləri olacaq.

Şərhlər