İlham Əliyev səs çoxluğu ilə irəlidədir
10 Oktyabr 2013 Cümə Axşamı 12:01
MSK bu saata olan nəticələri açıqladı. İlham Əliyev səs çoxluğu ilə irəlidədir.
MSK sədri Məzahir Pənahov bu saata olan nəticələri açıqladı. Onun sözlərinə görə, köçkünlərlə bağlı problem olduğuna görə, səsvermənin yekun nəticələri hələ açıqlanmayıb: "Köçkün məntəqələrindən rəsmi protokollar MSK-ya çatdırılmadığına görə, biz hələ rəsmi rəqəmlər səsləndirə bilmirik. Biz əslində telefonla oradakı nəticələri bilirik, amma protokollardan sonra bu rəqəmləri açıqlayacağıq. Bu rəqəmlər, adətən, indiki rəqəmlərdən o qədər də fərqlənmir".
5492 məntəqənin 5466-da protokollar MSK-ya təqdim olunub. Seçkilrədə 3 milyon 723 min 544 nəfər seçkilərdə iştirak edib. Bu ölkə əhalisinin 72, 1 faizini təşkil edir.

M. Pənahov həmçinin bildirdi ki, səsvermə baş tutub. İndiyə olan nəticələr isə belədir:

İlham Əliyev- 84, 54 faizi
Cəmil Həsənli- 5, 54
İqbal Ağazadə -2,38
Qüdrət Həsənquliyev-1, 98
Zahid Oruc-1,4
İlyas İsmayılov- 0,9
Hafiz Hacıyev- 0, 66 faiz
Sərdar Cəlaloğlu- 0, 61

Beləliklə hazırda öz funksiyasını həyata keçirən İlham əliyev səs üstünlüyü ilə liderdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar