İlham Əliyev sərəncam imzaladı
04 İyun 2014 Çərşənbə 06:34
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev AR İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
ANS PRESS-in xəbərinə görə, bu dəyişikliklərlə əlaqədar Nazirlər Kabinetinə bir sıra tapşırıqlar verilib.
Yeni dəyişikliklər Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” AR Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim olunmasını; AR Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib prezidentə məlumat verilməsini; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlası və bunun icrası barədə beş ay müddətində prezidentə məlumat verilməsini; həmin Qanundan irəli gələn digər məsələlərin həll edilməsini, AR Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” AR-nın Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilməsini nəzərdə tutur.
DOSTLARINLA PAYLAŞ: