Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın şimal bölgəsinə səfəri çərçivəsində bu gün Şabran rayonunda olub. Dövlət başçısı Heydər Əliyevin Şabran şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Daha sonra İlham Əliyev Şabran şəhərində inşa olunmuş Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Bildirilib ki, mərkəzdə foto-video studiyası, virtual sinif yaradılıb. Mərkəzin ikinci mərtəbəsində xalçaçılıq və rəssamlıq dərnəkləri fəaliyyət göstərir. Mərkəz bütün zəruri avadanlıqla, o cümlədən yüksək sürətli internetlə, kompyuterlərlə təchiz edilib. Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirdi, mərkəzin xatirə kitabına ürək sözlərini yazdı.
İlham Əliyev Şabran rayonunda olub
Prezident Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib




Şərhlər