Ölkə

İlham Əliyev sabah İtaliyaya səfər edəcək

Bakı. Viktoriya Dementyeva-APA. Sabah Azərbaycan prezidenti İlham Əliyev İtaliyaya səfər edəcək.

· Xəbərçi
İlham Əliyev sabah İtaliyaya səfər edəcək


Bu barədə APA-ya müsahibəsində İtaliyanın Azərbaycandakı səfiri Mario Baldi məlumat verib. Səfərin məqsədi vahid İtaliya dövlətinin yaranmasının 150 illiyinə həsr olunmuş təntənəli mərasimlərdə iştirak etməkdir. Səfirin sözlərinə görə, bu ayın sonunda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev hökumətlərarası komissiyanın işində iştirak etmək üçün İtaliyaya gedəcək. Səfər çərçivəsində Azərbaycanla İtaliya arasında energetika sahəsində sazişin imzalanması nəzərdə tutulur.

Şərhlər