İlham Əliyev Romada Türkiyə XİN rəhbərini qəbul edib
03 İyun 2011 Cümə 00:51
“Mən cənab Əliyevin qətiyyətini və perspektivə daha optimist baxmasını müşahidə etməkdən sevinc hissi duydum”
İtaliyanın birləşməsinin 150 illiyi və Respublika günü münasibətilə Romada rəsmi səfərdə olan Azərbaycanm prezidenti İlham Əliyev Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunu qəbul edib. Bu barədə məlumatı jurnalistlərə verdiyi müsahibədə Türkiyə XİN rəhbəri verib. Türkiyəni təmsil edən Əhməd Davudoğlu görüş vaxtı Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi apardıqlarını deyib.
Davudoğlu həmçinin Azərbaycan prezidentində müşahidə etdiyi qətiyyətə görə sevinc hissi keçirdiyini vurğulayıb: “Mən cənab İlham Əliyevin həm qətiyyətini, həm də perspektivə daha optimist baxmasını müşahidə etməkdən sevinc hissi duydum”.
Azərbaycan və Ermənistan Prezidentləri arasında Rusiyanın Kazan şəhərində keçiriləcək görüşlə bağlı müsbət gözləntilər olduğunu diqqətə çatdıran Türkiyə xarici siyasət idarəsinin başçısı, bu məsələ ilə əlaqədar “Böyük səkkizlik” ölkələri və ATƏT-in Minsk qrupunun bəyanatları nizamlama prosesini sürətləndirəcəyini deyib: “İnşallah, Kazan görüşündən müsbət addımlar gözləyirik”.
DOSTLARINLA PAYLAŞ: