İlham Əliyev Qazaxıstana rəsmi səfərə gedəcək
24 Avqust 2011 Çərşənbə 13:38
Səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan sazişlər imzalanacaq


Bakı. Viktoriya Dementyeva-APA. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 20-də Qazaxıstana rəsmi səfər edəcək. Bu barədə APA-ya Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov məlumat verib. Onun sözlərinə görə, iki gün davam edəcək səfərin proqramı çox zəngindir. Səfər çərçivəsində ikitərəfli əməkdaşlığın müxtəlif sahələrinə dair dövlətlərarası sazişlər imzalanacaq. İmzalanacaq sənədlər arasında gəmi ticarəti, neft hasilatı və mədəniyyət sahəsində əməkdaşlığı nəzərdə tutan sazişlər var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar