İlham Əliyev Mingəçevir şəhərinə pul ayırıb
17 May 2014 Şənbə 20:19
İlham Əliyev Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayb.
ANS PRESS-in məlumatına görə, sənəddə qeyd olunur ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində, bütün bölgələrdə olduğu kimi, Mingəçevir şəhərində də mühüm infrastruktur layihələri yerinə yetirilib, yeni sənaye və emal müəssisələri açılmış, təhsil, mədəniyyət, idman və digər sosial yönümlü obyektlər tikilərək istifadəyə verilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.
Sərəncama əsasən, Mingəçevir şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda şəhər üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə Prezidentin ehtiyat fondundan Mingəçevir Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb. Sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək Maliyyə Nazirliyinə tapşırılıb.
DOSTLARINLA PAYLAŞ: