İlham Əliyev FİFA və UEFA prezidentlərini qəbul edib
06 İyun 2011 Bazar Ertəsi 09:21
Yozef Blatter və Mişel Platini Azərbaycan prezidentinə xatirə hədiyyələri təqdim ediblər
Azərbaycan prezidenti İlham Əliyev FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platinini qəbul edib. Dövlət başçısı Yozef Blatteri növbəti dəfə FİFA prezidenti seçilməsi münasibətilə təbrik edərək bu yüksək posta seçildikdən sonra ilk səfərini Azərbaycana etməsinin önəmini qeyd edib.

İlham Əliyev Yozef Blatteri dünya futbol ictimaiyyətinin böyük dəstəyi ilə FİFA prezidenti seçilməsinə toxunaraq bunu onun rəhbərliyi ilə qurumun səmərəli fəaliyyətinin nəticəsi kimi qiymətləndirdi. Dövlət başçısı Yozef Blatterlə Bakıda və Surixdə keçirdiyi görüşləri xatırladı. Azərbaycan futbolunun 100 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün ölkəmizə səfər etdiyinə görə Yozef Blatterə təşəkkürünü bildirən İlham Əliyev onun səfərinin maraqlı və uğurlu olacağına əminliyini bildirdi.

FİFA-nın prezidenti Yozef Blatter ölkəmizə yenidən səfər etməsindən və Azərbaycan prezidenti ilə görüşündən məmnunluğunu ifadə etdi. O, Azərbaycan futbolunun 100 illiyi münasibəti ilə keçirilən tədbirlərdə iştirak etmək üçün ölkəmizə dəvət olunduğuna görə dövlət başçısına minnətdarlığını bildirdi. Yozef Blatter və Mişel Platini prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar