İlham Əliyev bu il Qazaxıstana səfər edəcək
30 Mart 2011 Çərşənbə 12:52
Bu il Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstana səfər edəcək.


APA-nın məlumatına görə, bu barədə Qazaxıstanın ölkəmizdəki səfiri Serik Primbetov keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, hazırda səfərin tarixi diplomatik kanallar vasitəsilə dəqiqləşdirilir.

Serik Primbetov Azərbaycanla Qazaxıstan arasında imzalanması gözlənilən 10-dan artıq sənəd üzərində iş getdiyini deyib. Bu sənədlərin bir hissəsi Azərbaycan prezidentinin Qazaxıstana səfəri zamanı imzalanacaq. İmzalanacaq sənədlər neft-qaz, gəmiçilik ticarəti, kənd təsərrüfatı, mədəni-humanitar sahələri əhatə edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar