İlham Əliyev bu gün Soçiyə gedəcək
09 Avqust 2011 Çərşənbə Axşamı 10:18
Azərbaycan və Rusiya dövlət başçılarının görüşündə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi və Xəzərin hüquqi statusu məsələləri olacaq
Bakı. Habil Süleymanzadə-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Soçiyə səfər edəcək. APA-nın məlumatına görə, Rusiyanın dövlət başçısı Dmitri Medvedyevin dəvəti ilə gerçəkləşir. Rusiya prezidentinin mətbuat xidməti prezident İlham Əliyevin Soçiyə səfəri ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, prezidentlərin görüşündə Dağlıq Qarabağ probleminin tənzimlənməsi və Xəzər dənizinin hüquqi statusu əsas müzakirə mövzuları olacaq.
“İki liderin görüşündə Azərbaycan-Rusiya münasibətlərinin aparıcı sahələrinə dair, habelə regional məsələlər haqda, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti ətrafında geniş fikir mübadiləsi aparılacaq”.
Prezidentlər həmçinin “Xəzərin statusuna dair davam edən təmaslar kontekstində hüquqi status mövzusunu və 2010-cu ilin noyabrında Bakıda keçirilmiş üçüncü Xəzər sammiti qərarlarının icrası vəziyyətini müzakirə edəcəklər. Medvedev və Əliyev habelə ötən ilin sentyabrında Rusiya liderinin Bakıya səfəri zamanı əldə edilmiş iqtisadi-ticarət, enerji, sərmayə-bankçılıq və humanitar sahələrində əldə edilmiş sazişlərin icrasına diqqət yönəldəcəklər.
DOSTLARINLA PAYLAŞ: