İlham Əliyev Bakıya qayıtdı
09 Avqust 2011 Çərşənbə Axşamı 22:38
Azərbaycan prezidentinin Rusiyaya işgüzar səfəri başa çatıb
Bu gün Azərbaycan prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatıb. ANS PRESS-in AzərTAc-a istinadən verdiyi xəbərə görə, Azərbaycan dövlətinin başçısını Soçinin Beynəlxalq Aeroportunda şəhərin meri Anatoli Paxomov və digər rəsmi şəxslər yola salıb.

Dövlət başçısı axşam saatlarında Bakıya qayıdıb. Prezidenti Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazir Artur Rasizadə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar