İki gündə yeddi paytaxt sakinini gün vurub
19 İyul 2009 Bazar 18:40
Yay girəndən günvurma diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayı 29-a çatıb

Havaların isti keçməsinin nəticəsi olaraq son iki gün ərzində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında günvurma diaqnozu ilə 7 paytaxt sakini qeydiyyata alınıb. Bununla da yay fəsli girəndən günvurma diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayı 29-a çatıb.

Bu barədə məlumat verən stansiyanın baş həkiminin müavini Rauf Nağıyev deyib ki, günvurmadan şikayət edənlərin əksəriyyəti uşaqlar və yaşlı insanlardar.

«Zəif insanlar, xəstə insanlar, azyaşlı uşaqlar, yaşlı insanlarda günvurma hallarına daha çox rast gəlinir. Statistikaya baxanda görəcəyik ki, uşaqların arasında və yaşlı insanların arasında rəqəmlər böyükdür. Ona görə də onların açıq günəş şüaları altında uzun müddət qalması məsləhət deyil»,- deyə Rauf Nağıyev qeyd edib. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar