Azərbaycanın Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 və 12 saylı cəzaçəkmə müəssisələrinin rəhbərliyi və bir sıra əməkdaşları xidməti vəzifələrinin icrası zamanı nöqsanlara yol verdiklərinə görə ciddi intizam məsuliyyətinə cəlb olunub. Bu barədə Penitensiar Xidmətin bu ilin birinci yarısındakı fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat şurasında bildirilib.
Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Nazim Ələkbərov bildirib ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə "Novruz bayramı münasibətilə Amnistiya elan edilməsi haqqında" Milli Məclisin qərarı bütün müvafiq qurumlarda müəyyən olunmuş müddətdə və uğurla başa çatdırılıb.
Ələkbərov həmçinin bildirib ki, bu ilin aprel ayının 13-22-də əhalinin növbəti siyahıya alınması tədbiri çərçivəsində məhkumların siyahıya alınması tədbiri keçirilib və müvafiq sənədlər müəyyən olunmuş vaxtda Dövlət Statistika Komitəsinə təqdim olunub. /Trend News/