II qrup Qarabağ əlili Lənkəranda aləmi bir-birinə qatdı
15 Noyabr 2013 Cümə 15:18
Yalandan bomba xəbəri polis və xilasediciləri 1 saat təşvişdə saxlayıb.
Bu gün saat 13:50 radələrində Lənkəran rayonunda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin binasına bomba qoyulması xəbəri yayılıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, bu barədə Daxili İşlər Nazirliyinin “102” saylı qaynar xəttinə zəng daxil olub. Məlumata əsasən Fövqəladə Hallar Nazirliynin xilasediciləri, yerli polis və prokurorluq əməkdşaları hadisə yerinə cəlb olunublar. İdarənn işçiləri binadan evakuasiya olunub. 1 saata yaxın axtarışlardan sonar informasiyanın yalan olduğu məlum olub.

Lənkəran polisinin operativ olraq keçirdiyi əməliyyat nəticəsində telefon zənginin kim tərəfindən edildiyi məlum olub. Araşdırmalar zamanı məlum olub ki, yalandan bomba xəbəri 1973-cü il təvəllüdlü II qrup Qarabağ Müharibəsi əlili Həbib Mirzəhüseyn oğlu Sadıqov tərəfindən verilib. Polis H.Sadıqovu saxlayıb.

Dindirilmə zamanı Həbib törətdiyi əməli qisas kimi qələmə verib. O, bildirib ki, idarədən onun işini yubatdıqları və süründürməçiliyə yol verdikləri üçün işçiləri təşvişə salmaq istəyib.

Faktla bağlı cinayət işi başalnıb. Qeyd edək ki, hazırda H.Sadıqov 3 ildən 8 ilə qədər azadlıqdan məhrum edilə bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar