“İdeal” qəzetinin təsisçisi və baş redaktoru əmlakı müsadirə olunmaqla 13 il 3 ay müddətinə azadlıq
15 Yanvar 2010 Cümə 14:55
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “İdeal” qəzetinin təsisçisi və baş redaktoru Nazim Quliyev barəsində qaldırılan cinayət işi üzrə məhkəməsi prosesi yekunlaşıb.
APA-nın xəbərinə görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Məhkəmənin hökmü ilə Nazim Quliyev əmlakı müsadirə olunmaqla 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə əssən N. Quliyev cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, N. Quliyev Azərbaycan Cinayət Məcəlləsinin 182.2-ci (hədə-qorxu ilə ildirib kitələb etmə), 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə zor tətbiq etmə ilə törədildikdə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 221.1-ci (xuliqanlıq), 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə təqsirli bilinib.
Qeyd edək ki, Nəsimi rayon Məhkəməsinin 20 may 2009-cu il tarixli hökmü ilə N. Quliyev Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi üzrə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 147.2 (böhtan (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma)) maddəsi üzrə isə ona bəraət verilib. Adıçəkilən məhkəmə prosesi “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və Səbirə Mahmudovanın iddiası əsasında keçirilib.
Xatırladaq ki, dövlət itihamçısı N. Quliyevin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. APA
DOSTLARINLA PAYLAŞ: