İdarə rəisi: “Korrupsiya halları ilə bağlı cinayət işləri artıb”
19 Noyabr 2009 Cümə Axşamı 15:30
Korrupsiya halları əsasən təhsil, bələdiyyənin vəzifəli şəxslərində olub
“Azərbaycanda korrupsiya halları ilə bağlı cinayət işləri artıb”. ANS PRESS-in məlumatına görə, bunu Respublika Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev deyib. İdarə rəisi bildirib ki, 2009-cu ilin yanvar ayından indiyə qədər Respublika Prokurorluğu tərəfindən korrupsiya cinayət ilə bağlı 156 vəzifəli şəxs barəsində 98 cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib”.

Onun sözlərinə görə, baxılan cinayət işləri dövlət qulluğunda və özəl sektorda olan vəzifəli şəxslər barəsindədir: “Cinayət əməlləri üzrə istintaqlar aparılıb. Cinayət işləri əsasən vəzifə saxtakarlığı, vəzifə səlahiyyətindən sui-istifadə, rüşvət alma-vermə, nüfuz alveri, qulluq mövqeyindən istifadə etməklə dövlət əmlakını mənimsəmə və digər işlərlə bağlıdır. Korrupsiya halları əsasən təhsil, bələdiyyənin vəzifəli şəxslərində olub”– K. Əliyev əlavə edib.

İdarə rəisinin sözlərinə görə, hazırda idarədə 36 cinayət işinin istintaqı aparılır. Bunlar arasında Bakının Səbail, Kürdaxanı və Zığ, Quba rayonunun Əlik bələdiyyəsində aparılan cinayət işləri də var.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar