İctimai Palatanın etiraz aksiyası bitdi
02 Aprel 2011 Şənbə 19:02
Onlarla insan aksiya zamanı polis tərəfindən saxlanılıb.
Bu saatlarda İctimai Palatanın bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış etiraz aksiyası artıq başa çatıb. ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, aksiyanın təyin olunduğu “Fəvvarələr” meydanına buraxılmayan müxalifətçilər paytaxtın ayrı-ayrı hissələrində qrup halında müxtəlif şüarlar səsləndiriblər. Polis aksiya cəhdinin qarşısını alıb.

Bu saatlarda həmçinin İctimai Palata bugünkü aksiya zamanı saxlanılanlarla bağlı yekun məlumat da yayıb. Palatadan ANS PRESS-ə verilən məlumata görə, saxlanılanlardan 41-i Müsavat Partiyası, 7 nəfər Klassik Xalq Cəbhəsi Partiyası, 5 nəfər Azərbaycan Xalq Cəbhəsi Partiyası, 4 nəfər Azərbaycan Milli İstiqlal Partiyasının üzvləridir.

Palatanın 7 üzvü, Azərbaycan Demokrat Partiyasının və Azərbaycan Xalq Partiyasının hər birinin bir üzvü, həmçinin 3 nəfər bitərəf şəxs aksiya zamanı saxlanılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar