Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi müraciət yayıb. İradərənin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 11 aprel tarixindən "Meridian" otelindən Kiçik Karvansaraya qədər olan sahədə yolun və kommunikasiya xətlərinin əsaslı təmirinə başlanılacaq. Bunun üçün iki ay ərzində bu istiqamətdə avtomobillərin hərəkəti mümkün olmayacaq. Bu səbəbdən Kiçik Qala küçəsindən istifadə etmək tövsiyə edilir.
İdarə İçəri Şəhərin sakinlərindən və qonaqlardan müvəqqəti narahatlığa görə üzr istəyib.
İçərişəhərdə yollar bağlanacaq
"Meridian" otelindən Kiçik Karvansaraya qədər olan sahədə yolun və kommunikasiya xətlərinin təmirinə başlanılır




Şərhlər