İçərişəhərdə gül aksiyası
09 Mart 2013 Şənbə 09:40
Gözəl sürpriz hədiyyə almağı sevən xanımları çox sevindirib.
Martın 8-də yolunu İçərişəhər Dövlət Memarlıq Qoruğundan salan xanımlar bu məkanı hədiyyə ilə tərk ediblər. Qoruğa ayaq basan hər xanıma gül bağışlanıb. Bu, qala qapısından keçən xanımlar üçün gözəl bir sürpriz olub. Belə ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə qoruq ərazisinə daxil olan hər bir xanıma musiqi sədaları altında xüsusi qrimlənmiş personajlar tərəfindən gül təqdim edilib.

Hədiyyə almağı sevən xanımları bu, çox sevindirib. Xüsusi ilə səbəbkarlar təqdimatdan razı qalıblar. Səhər saat 11-dən start götürən aksiyaya günorta saat 14-də yekun vurulub. Aksiya çərçivəsində İçərişəhərə daxil olan sürücü xanımlar da diqqətdən kənarda qalmayıb, hədiyyə edilən güllərdən onlara da pay düşüb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar