Ölkə

İçərişəhər şotlandların ixtiyarına verilib

Şotland tuluğçalanları Qoşa Qala qapısından Qız Qalasınadək parad keçirib

· Xəbərçi
İçərişəhər şotlandların ixtiyarına verilib
Bu gün İçərişəhərdə Şotlandiya milli musiqi ifaçıları olan zurnaçılar qrupu parad keçirib. Tədbir Bakı Kaledoniya Cəmiyyəti tərəfindən təşkil edilib.

Şotland zurnaçılar Müqəddəs Endryu günü münasibətilə təşkil olunan parada Qoşa Qala qapısından start veriblər və İçərişəhərin dar-dolanbac küçələrindən keçərək Qız Qalasının yanında tədbirlərini yekunlaşdırıblar.

Nümayişdə çıxış edən Bakı Kaledoniya Cəmiyyətinin rəhbəri Rod Freyzer artıq 12 ildir fəaliyyət göstərdiklərini bildirib.

Onun sözlərinə görə, Kaledoniya Şotlandiyanın digər adıdır və bu cəmiyyət bütün dünyada yaşayıb-yaradan şotlandların toplaşdığı çoxsaylı birliklərdən biridir.
ANSPRESS

Şərhlər