Tarix Memarlıq Qoruğunun saytının daha iki dildə fəaliyyət göstərməsi İçəri Şəhərin ölkə xaricində təbliğinə və populyarlaşdırılmasına kömək edəcək
“İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin saytı rus və ingilis dillərində istifadəyə verilib. “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, "www.icherisheher.gov.az" saytının 3 dildə fəaliyyət göstərməsi turizm ilində saytın əcnəbi auditoriyasını genişləndirməklə İçəri Şəhərin ölkə xaricində təbliğinə və populyarlaşdırılmasına kömək edəcək.
Saytın mütəmadi olaraq yenilənən xəbərlər bölməsində İçəri Şəhərdə baş verən hadisələr, keçirilən tədbirlər barədə məlumatlar əks olunur. Qoruq ərazisində yerləşən abidələr, onların tarixi haqqında ətraflı məlumatlar hər kəsə faydalı mənbə ola bilər.
Turist marşrutları, İçəri Şəhərdə fəaliyyət göstərən muzeylər, göstərilən xidmətlər, mehmanxana və restoranlar haqqında yerləşdirilmiş məlumatlar ölkəmizə gələn turistlərə bələdçi rolunu oynaya bilər.
Saytda həmçinin İçəri Şəhərin keçmiş və müasir görüntülərini əks etdirən rəsmlər, fotoşəkillər, açıqcalar və videomateriallardan ibarət guşəyə daxil olmaqla bu qədim məkana virtual səyahət etmək mümkündür.
Qeyd edək ki, sayta daxil olan hər bir kəs əlavə məlumat, yalnış tərcümə və s. barədə "
[email protected]" ünvanına məlumat verə bilər.