"İçərişəhər"in bərpasına 3 milyon manat ayrıldı
16 Dekabr 2009 Çərşənbə 20:45
"İçərişəhər"in bərpasına 3 milyon manat ayrıldı. Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Tarixi şəhərlərə xas olan turist axınının İçərişəhərə cəlb edilməsi, mövcud potensialdan səmərəli istifadə etməklə beynəlxalq standartlara cavab verən turizm infrastrukturunun yaradılması, ərazidə tarixi irsimizə uyğun şəkildə təmir-bərpa və abadlaşdırma işləri davam etdiriləcək. Prezident İlham Əliyev bu məqsədlə müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən İçərişəhərin ərazisində uçmuş və uçmaq təhlükəsi olan, tarixi-memarlıq əhəmiyyətinə malik olmayan tikililərin yerində ənənəvi küçə şəbəkələri olduğu kimi saxlanılmaqla turizm infrastrukturu obyektlərinin qurulması, yaşayış binalarının təmiri və mühəndis kommunikasiyalarının dəyişdirilməsi, ərazidə abadlaşdırma işlərinin aparılması üçün Prezidentin Ehtiyat Fondundan Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə 3 milyon manat məbləğində vəsait ayrılıb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar