İnsan orqanizmi üçün təhlükəli olan dondurmaların məhv edilməsi barədə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Camal” Ltd şirkətinə icrası məcburi göstəriş verilib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qeyd olunan göstərişin icrası ilə əlaqədar, 1,5 ton keyfiyyətsiz dondurma Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib.
Həmçinin insan orqanizmi üçün təhlükəli olan dondurmaların məhv edilməsi barədə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Müzəffər Poladova icrası məcburi göstəriş verilib. Qeyd olunan göstərişin icrası ilə əlaqədar 485 kq kq keyfiyyətsiz dondurma Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib.
Araşdırmalar davam edir. ANSPRESS
İceland dondurmalarının istehsalçısı yenidən cərimələndi
İceland dondurmalarının istehsalçısı yenidən cərimələndi. İnsan orqanizmi üçün təhlükəli 2 tona yaxın dondurma məhv edilib.




Şərhlər