Hüseyn Dəryanın qızı
15 Mart 2014 Şənbə 16:04
Ötən axşam qəzaya uğrayaraq dünyasını dəyişən Hüseyn Dəryanın qızı da atası ilə vidalaşmaq üçün xəstəxanaya gəlib.
ANS PRESS-in xəstəxanadakı əməkdaşının verdiyi məlumata görə, səhər saatlarında dünyasını dəyişən reper Hüseyn Dəryanın meyidi hələ də ekspertizadadır.

Səhər saatlarında reperin oğlu anası, H.Dəryanın ikinci həyat yoldaşı Sona Muradova oğlu ilə birlikdə xəstəxanada olub. İlk həyat yoldaşından olan qızı isə əraziyə yeni gəlib.
Məlumata görə, ifaçının son arzusu övladlarını görmək olub.

Qeyd edək ki, ötən gün saat 23 radələrində Hüseyn Dərya idarə etdiyi “Opel Astra” markalı 99 EK 575 nömrə nişanlı minik avtomobili idarə edərkən Heydər Əliyev Beynəlxalq Hava limanına gedən yolda qəzaya düşüb.








DOSTLARINLA PAYLAŞ:

oyunlar